• October 7, 2018
  • Language: Azerbaijani, English

SƏSSİZ

Yay işıqları…
bürc ulduzları
göyə dağılmış hisslər…
maşınla bu yollar, döngələr ürək əsdirər,
külək əsdirər, göz yaşların yağış kəsdirər
bir qığılcım, bir güllə bugün bizə bəs edər
bilmirəm qayadan süzülən sular sənə yetər?
sözlər sönmüş, gözlərində işıq bitmir
milliardlar, digər gözlər fikirlərindən keçmir
iki tərəfi kəsən bıçaqlar nəfsini kəsmir
əllərin əsmir, tərs getmir,
dərin izlər itmir…
gedirik…üfüqə süzürük səssiz…
sürəti artırmışam
bu sətrləri sənə yazmışam:


I have been searching for you 27 days
tryin to swerve this Porsche 27 ways
tell me why all my words end up all black
give me 27 reasons to turn on you my back
tell me whether I should reach and sip Cîroc
our paths merged, I knew we could be sublime
times change when pride feeds on decline
I lost my grandma for good, but I got you for good
I don’t need no time, I know it’s you for good
I inscribed your name on my mind for good
I know you are addicted, addiction is good
them chics craving for attention
why would you lie to my eyes in silence?
stab me with your heart, you’re out of ammo in silence
why would you lie to my eyes in silence?
I feel NYC love fresh outta vein in silence…

gedirik…üfüqə süzürük səssiz…
hava açıq, qartal kimi ətrafı süzürük səssiz…
sahilsiz göllərdə üzürük səssiz…
özün səssiz, küçən səssiz…
balkona çıx səssiz…istəyim hədsiz…
bu mənzərə şərhsiz, səssiz…
hədələyən baxışlarım səssiz…
daralmazmı nəfəsin
bu gün, sabah, gecə səssiz?

əfsanəvi gözlərin ayıq
azan səsinə oyanmışıq biz artıq
dualarımız Tanrı eşqinə bir qayıq
bu gecə nəbzlər rəqsdə… aydayıq
zaman az, bürcümdəsən.
sevgi duman,
fəzada dönən bitməz bir andayıq…
vaxt ümman,
zamansızlıqdayıq…
yağışdayıq fərqi yoxdur qardayıq,
dərin biz sudayıq…

ətraf tənha, əlin əlimdə titrəyir
əllərin kəpənək qanadları tək zərif
aramsız məktublar bizi bizdən bizə göndərir
bu üzünü örtən saçların dağınıq
bu itələyən gözlər, səs doğma,
bu gözlərin qara, nəfəs doğma,
bu hisslər bəlkə qurama
bu yol bitmir gedirik…
düşüncəmdəsən…
bu yol bitmir bilirik…
təsəvvürümsən…
aramızdakı yollarda itirik səmtsiz…
gedirik…üfüqə süzürük səssiz…

EK©